...

Azərbaycan XİN Estoniya XİN-in iddialarına cavab verdi

Siyasət Materials 19 Dekabr 2022 22:35 (UTC +04:00)
Azərbaycan XİN Estoniya XİN-in iddialarına cavab verdi

Bakı. Trend:

Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməzdir.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında bildirilib.

Paylaşımda qeyd olunub: “İnsanların əzab çəkmələrinə dair iddialardan qeyri-qanuni iqtisadi fəaliyyətləri ört-basdır etmək və qanunsuz hərəkətlərə qarşı fəaliyyətin qarşısını almaq üçün istifadə etmək, görünür, yeni tendensiyadır. “Blokada şəraitində” avtomobillər keçirsə, yol necə bağlanmış olur?”, - deyə nazirliyin paylaşımında bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti