...

Fransanın BMT TŞ-da rüsvayçı məğlubiyyəti və Prezident İlham Əliyevin növbəti parlaq qələbəsi

Siyasət Materials 31 Dekabr 2022 00:50 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Fransa və Ermənistan Laçın yolunda azərbaycanlı eko fəalların dinc aksiyasını təhrif edərək vəziyyəti blokada kimi təqdim etməyə çalışırdılar. Bu məqsədlə dekabrın 20-21-də Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar.

Fransa və Ermənistan bundan əvvəldə həm İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrlərdə BMT-də Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışırdılar. Məsələnin ən absurd tərəfi isə 30 il işağl dövründə BMT-də Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirilməyib.

20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı.

Bununla bağlı Prezident İlham Əliyev də Qərbi Azərbaycan İcmasının üzvləri görüşü zamanı çıxışında bu məsələyə toxunmuşdu. Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək.

BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etdilər.

Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla məğlub etdi.

Prezident İlham Əliyevin şəxsi nüfuzu, diplomatiyası, Azərbaycanın dünyada qazandığı dost ölkələr BMT TŞ-da belə bir sənədin qəbul olunmasına imkan vermədi.

Fransa isə rəsmi məktubla müraciət edərək prosesi dayandırdığını bəyan etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti