Bakı. Trend:
Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırıldı.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 250 manatdan 275 manata qaldırılıb.