Bakı. Trend:
Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik əlaqələrin bərpasının 31-ci ildönümü münasibətilə tviterdə paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Ortaq qədim tarixə və köklü mədəni irsə malik olduğumuz qardaşlıq münasibətimizi bütün tərəfləri ilə "Şuşa Bəyannaməsi" ilə taclandırdığımız Can Azərbaycanla diplomatik münasibətlərin bərpasının 31-ci ildönümü mübarək! Bir millət, iki dövlət".