...

Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayırıq - Mikayıl Cabbarov

Siyasət Materials 27 Yanvar 2023 14:53 (UTC +04:00)
Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayırıq - Mikayıl Cabbarov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayırıq.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Hadisə nəticəsində həlak olmuş baş leytenant Orxan Əsgərovun ailəsinə və yaxınlarına səbir, yaralılara isə şəfa diləyirik. Allah rəhmət eləsin. Diplomatlarımızla həmrəyik. Öncə Vətən", - deyə nazir əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti