...

ATƏT-in baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 28 Yanvar 2023 17:02 (UTC +04:00)
ATƏT-in baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Bakı. Trend:

ATƏT-in baş katibi Helqa Maria Şmid Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə H.M. Şmid öz tviter hesabında bildirib. O, silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti