...

Rumıniya prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 1 Fevral 2023 20:31 (UTC +04:00)
Rumıniya prezidenti Azərbaycana səfər edəcək

Bakı. Trend:

Rumıniya Prezidenti Klaus İohannis 2023-cü il fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Trend-in çərşənbə günü Rumıniya prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının nazirlər iclasının açılışı planlaşdırılır.

Eyni zamanda səfər zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara diqqət yetiriləcək.

Rumıniya prezidenti həmçinin enerji, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti