...

ATƏT Daimi Şurasının iclasında Tehranda Azərbaycan səfirliyinə hücumun araşdırılmasına çağırış edilib (FOTO)

Siyasət Materials 2 Fevral 2023 17:10 (UTC +04:00)
ATƏT Daimi Şurasının iclasında Tehranda Azərbaycan səfirliyinə hücumun araşdırılmasına çağırış edilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT Daimi Şurasının iclasında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum məsələsi qaldırılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri, Azərbaycanın ATƏT-də daimi nümayəndəsi Rövşən Sadıqbəyli tvitter hesabında deyib.

O bildirib ki, iclasda 52 nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti