...

Monteneqro Baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub (FOTO)

Siyasət Materials 3 Fevral 2023 14:04 (UTC +04:00)
Monteneqro Baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Monteneqro Baş nazirinin müavini və kapital investisiyalar naziri Ervin İbrahimoviç Azərbaycana səfəri çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə səfər edib.

Görüş zamanı E.İbrahimoviç Azərbaycan Respublikası və Monteneqro arasındakı dostluq münasibələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

Mərkəzin Baş Katibi mərkəzin reallaşdırdığı beynəlxalq layihələr, Qərbi Balkanların Avroİnteqrasiyası üzrə keçirilən beynəlxalq konfranslar haqqında cənab İbrahimoviçi məlumatlandırmışdır.

O cümlədən, Baş nazir müavininin mart ayında Bakıda keçiriləcək 10-cu Qlobal Bakı Forumunda iştirakı da müzakirə edilmişdir.

Qeyd edək ki, görüşdə həmçinin Kapital İnvestisiyalar Nazirliyinin dövlət katibi, PR departamentini sədri, Hava Hərəkəti Departamentinin sədri, Monteneqronun Azərbaycandakı Fəxri Konsulu Vuqar Əliyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi və Baş Katib müavini iştirak edib.

Baş Nazirin müavininə Mərkəzin nəşri olan “Qələmin Sehri – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” kitabı təqdim olunub.

Mərkəzə səfər edən cənab Ervin İbrahimoviç Mərkəzin nəzdində yaradılan və Nizami Gəncəvi irsinə aid nadir nüsxələrini, bir sıra dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini özündə cəmləşdirən kitabxana ilə də tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti