...

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır

Siyasət Materials 6 Fevral 2023 15:01 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır

Bakı. Trend:

Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı dedi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.

Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti