...

Rusiya sülhməramlılarına məxsus minik avtomobili Laçın yolundan keçib (FOTO)

Siyasət Materials 10 Fevral 2023 08:42 (UTC +04:00)
Rusiya sülhməramlılarına məxsus minik avtomobili Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Bu gün Rusiya sülhməramlılarına məxsus bir mülki minik avtomobili Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti