Bakı. Trend:
Fevralın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının “8 noyabr prospekti 9A” və “General Mehmandarov 9” ünvanları üzrə ərazi partiya təşkilatlarında görüşlər keçirilib.
Təşkilatdan Trend-ə bildirilib ki, görüşlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil, qalib Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Azərbaycanın müstəqillik tarixinin hər bir səhifəsinin vərəqlənməsində, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin təhlilində əhəmiyyətli rol oynayacaq. Ümummilli Liderin fəaliyyətinin hər bir istiqaməti tədqiqat mövzusudur.
Vüqar Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini, əbədiliyini təmin etdi, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Son 19 ildən artıq dövrün uğurları cənab İlham Əliyevin Prezident kimi verdiyi hər bir vədini konkret əməli işdə öz təsdiqini tapdığını nümayiş etdirir.
YAP Xətai rayon təşkilatının sədri 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qət etdiyi inkişaf yolundan, cəmiyyətin avanqard qüvvəsinə çevrilməsindən də bəhs edib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidmət prinsipini fəaliyyətinin əsasında saxlayaraq daim Azərbaycanın qüdrətlənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına səy göstərir. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq.
Görüşlərdə digər çıxış edənlər ərazi partiya təşkilatlarının qarşısında dayanan vəzifələrdən söz acaraq bildiriblər ki, YAP Xətai rayon təşkilatının 137 ərazi partiya təşkilatında birləşən 20 minə yaxın üzvün hər biri ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin fəal təbliğatçılarıdırlar.