...

Bu gün Aİ Ermənistana mülki missiya göndərəcək

Siyasət Materials 20 Fevral 2023 14:52 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Avropa İttifaqı (Aİ) Ermənistana mülki missiya (EUMA) göndərəcək.

Trend bu barədə Avropa Şurasına istinadən xəbər verir.

Avropa Komissiyasının məlumatlarına əsasən, EUMA-nın mülki personalı 100 nəfərdən, o cümlədən, 50-yə yaxın mülki müşahidəçidən ibarət olacaq.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək.

Missiyanın ilkin mandatı iki ili əhatə edir.

Xatırladaq ki, EUMA Aİ Şurası tərəfindən rəsmi olaraq 23 yanvar 2023-cü il tarixində təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti