Bakı. Trend:
Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qərarda qeyd edilib ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.
Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasında işlədiyi müddətdə, Rusiya vətəndaşlarının isə Azərbaycan ərazisində işlədiyi müddətdə qazandıqları əmək stajı hesablanacaq.