...

Ceyhun Bayramov Lavrovun Azərbaycana səfərindən danışdı

Siyasət Materials 26 Fevral 2023 11:55 (UTC +04:00)
Ceyhun Bayramov Lavrovun Azərbaycana səfərindən danışdı

Bakı. Trend:

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri yaxşı fürsət olacaq.

Trend xəbər verir ki, bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan-Rusiya günəliyi ilə bağlı bir çox məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti