...

Qlobal Bakı Forumunun strateji və qlobal aspektdə əhəmiyyəti artıb - Cozef Muskat (ÖZƏL)

Siyasət Materials 10 Mart 2023 14:34 (UTC +04:00)
Qlobal Bakı Forumunun strateji və qlobal aspektdə əhəmiyyəti artıb - Cozef Muskat (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Bakı Forumunun artıq strateji və qlobal aspektdə əhəmiyyəti artıb.

Bu barədə Trend-ə özəl açıqlamasında Maltanın sabiq baş naziri Cozef Muskat deyib.

O qeyd edib ki, forumun nə dərəcə əhəmiyyətli və mötəbər olması iştirakçılarından bəllidir.

“Qlobal problemlərin həllinə töhfə verə biləcək liderlər, ölkə başçıları, akademiklər bu forum vasitəsilə bir araya gəlirlər. Onlar öz təcrübə və düşüncələrini bölüşərək yeni yollar axtarırlar. Bu il keçirilən forumda mən xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bağlı daha çox məlumat öyrəndim. Düşünürəm və inanıram ki, Azərbaycanın sədrliyindən sonra Qoşulmama Hərəkatının əhəmiyyəti daha da artıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti