...

Prezident İlham Əliyev: Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycan tərəfini narahat edir

Siyasət Materials 14 Mart 2023 18:44 (UTC +04:00)
Prezident İlham Əliyev: Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycan tərəfini narahat edir

Bakı. Trend:

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu, Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə Azərbaycan tərəfini narahat edir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 14-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlətimizin başçısı Azərbaycanın Laçın yolu ilə bağlı məsələsinə toxunaraq bu yolun blokadada olması barədə Ermənistanın iddialarının tamamilə əsassız olduğunu bildirdi, yol üzrə hərəkətin təmin edildiyini, dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsinin, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxsin keçdiyini vurğuladı.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirdi.

Dövlətimizin başçısı üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini dedi və Laçın yolunun son nöqtəsində, Azərbaycan və Ermənistan sərhədində Azərbaycanın müvafiq sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı təklifi barədə məlumat verdi. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə region üçün yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan yaranacağını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın hazırda öz ərazisində dəmir yollarının və avtomobil yollarının qurulması üzrə işləri sürətli şəkildə davam etdirdiyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti