Bakı. Trend:
Nazirlər Kabineti “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında Qərar verib.
Trend xəbər verir ki, Qərara əsasən, “Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə
əsasən, Azərbaycan Respublikası Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilsin (əlavə olunur).