...

Fazil Mustafayeva hücum iyrənc bir terror aktıdır - Deputat

Siyasət Materials 29 Mart 2023 00:05 (UTC +04:00)
Fazil Mustafayeva hücum  iyrənc bir terror aktıdır - Deputat

Bakı. Trend:

Fazil Mustafayeva hücum iyrənc bir terror aktıdır.

Trend xəbər verir ki, bunu jurnalistlərə deputat Qüdrət Həsənquliyev deyib.

"Əminəm ki, bu cinayəti törədənlər tezliklə layiqli cəzasını alacaq"- deyə o əlavə edib.

Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti