...

TANAP vasitəsilə Macarıstana qaz verilməsinə Azərbaycanla birgə dəstək verməyə hazırıq - Ərdoğan

Siyasət Materials 29 Mart 2023 20:11 (UTC +04:00)
TANAP vasitəsilə Macarıstana qaz verilməsinə Azərbaycanla birgə dəstək verməyə hazırıq - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

TANAP vasitəsilə Macarıstana qaz verilməsi istiqamətində Azərbaycanla birgə dəstək verməyə hazırıq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Prezidenti Katalin Novakla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu məsələdə hədəflərimizə doğru irəliləyirik. Macarıstan prezidenti ilə görüş çərçivəsində, həmçinin, bir sıra gündəm mövzularla bağlı müzakirələr apardıq. Müzakirələrimizin hər birimiz üçün xeyirli olacağını düşünürəm”, - Ərdoğan bildirib.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin bir hissəsidir.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti