...

Prezident İlham Əliyevin mediaya etdiyi güzəştlər Azərbaycan mətbuatının keyfiyyətcə yeni mərhələsini başladır

Siyasət Materials 2 Aprel 2023 14:06 (UTC +04:00)
Prezident İlham Əliyevin mediaya etdiyi güzəştlər Azərbaycan mətbuatının keyfiyyətcə yeni mərhələsini başladır
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan mediası hər zaman Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub. Ölkə rəhbərliyi tərəfindən medianın inkişafına verilən dəstək tədbirləri bu gün də davam edir. Ölkəmizdə bir çox sahələrdə inkişafı hədəfləyən islahatlar media sahəsində də uğurlu nəticələrini verməkdədir.

"Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunması media dəstək tədbirlərinin davamıdır.

Ötən müddət ərzində ölkə rəhbərliyinin tövsiyələri əsasında media sahəsində əsaslı işlər görülüb. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında " qanun qəbul olunması Azərbaycan jurnalistikasında aparılan islahatlar çərçivəsində atılan ciddi addımların tərkib hissəsi oldu.

Prezident İlham Əliyev tərəfindən peşəkar medianın inkişafına və media subyektlərinin iqtisadi müstəqilliklərinin təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamı olaraq isə bu dəfə media subyektləri vergilərdən azad oldu.

Bu dəyişiklik sosial şəbəkələrlə peşəkar media resursları arasındakı qeyri-bərabər rəqabətin mümkün qədər aradan qaldırılmasına, media sektorundakı sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, reklam bazarının və biznes mühitinin kənar təsirlərdən sığortalanmasına və Azərbaycan mediasının, informasiya məkanının qorunmasına böyük dəstək olacaq.

Prezident İlham Əliyevin mediaya etdiyi güzəştlər Azərbaycan mətbuatının keyfiyyətcə yeni mərhələsini başladır. Prezident İlham Əliyev illər öncə başlatdığı media islahatlarını davamlı prosesə çevirdiyini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin qərarı ilə medianın vergilərdən azad edilməsi son illərdəki media islahatlarının məntiqi davamıdır. Əminik ki, bu islahat mediamızın qarşısında keyfiyyətcə yeni perspektivlər açacaq və zaman keçdikcə bu perspektivlər özünü konkret şəkildə göstərəcək. Dünya media bazarında öz yerini tutmaqda olan Azərbaycan mediasının bundan sonrakı inkişafı daha geniş şaxələnəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti