...

Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu Rusiyada keçirilə bilər

Siyasət Materials 12 Aprel 2023 16:26 (UTC +04:00)
Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu Rusiyada keçirilə bilər

Bakı. Trend:

Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu Rusiyada keçirilə bilər.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması istiqamətində bu ölkələrin çalışmalarına mümkün hər bir köməkliyin göstərilməsi üzrə səylərimiz azalmır. Tərəfdaşlar ikitərəfli danışıqların növbəti raundunun ərazimizdə keçirilməsi ilə bağlı təkliflərimizi qəbul ediblər. Yekun razılaşmadan sonra konkret tədbirlərin tarixlərini açıqlayacağıq", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti