...

İsrail XİN başçısı Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 19 Aprel 2023 18:48 (UTC +04:00)
İsrail XİN başçısı Şəhidlər xiyabanını ziyarət edib

Bakı. Trend:

İsrailin xarici işlər naziri Eli Kohen Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "Twitter" hesabında paylaşıb.

Səfir Şəhidlər xiyabanını ziyarət etdiyi üçün israilli nazirə təşəkkürünü bildirib.

Qeyd edək ki, İsrailin XİN başçısı Azərbaycanda rəsmi səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti