...

Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin təhlükəsizliyini qorumaq yolunda vacib addım idi - Elşad Həsənov

Siyasət Materials 28 Aprel 2023 14:06 (UTC +04:00)
Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin təhlükəsizliyini qorumaq yolunda vacib addım idi -  Elşad Həsənov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlər Qarabağda baş verənlər Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmağa sövq elədi.

Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan Qarabağda yerləşən revanşist qüvvələrə silah-sursat daşıyırdılar.

"Bunun qarşısını almaq üçün Ordumuz həmin yolu nəzarətə götürdü. Bütün bunlara baxmayaraq ermənilər Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının müşaiyəti ilə silah-sursatı Qarabağa daşımağa başladılar. Bütün bunların qarşısının alınması məqsədilə Azərbaycan hakimiyyəti çox düzgün qərar verdi. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurdu. Nəzarət-buraxılış məntəqəsinin açılması Azərbaycanın daxili işidir və beynəlxalq qaydalara zidd deyil. Buna görə də nəinki Ermənistandan heç bir ölkədən icazə alası deyilik", - deyə E.Həsənov bildirib.

Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin açılması ölkəmizin təhlükəsizliyini qorumaq yolunda çox böyük addım idi.

"Ermənistan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırması sadəcə gülüncdür. Çünki Azərbaycan heç bir beynəlxalq hüququ pozmayıb öz ərazimizdə başqa ölkəylə nəzarət-buraxılış məntəqəsi açıb. Ermənistanın bütün "çabaları" əbəsdir. Biz ölkəmizə daxil olan yüklərin, insanların yoxlanılmasını təmin etməliyik. Bu bütün dünyada belədir”, - deyə E.Həsənov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti