...

Ceyhun Bayramov fransalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb

Siyasət Materials 27 Aprel 2023 13:45 (UTC +04:00)
Ceyhun Bayramov fransalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransalı həmkarımla görüşdə regional məsələlər və digər məsələlər ətrafında fikir mübadiləsi oldu. Uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edib və uğurlu bir əməkdaşlıq kimi səciyyələndirilə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə mətbuat konfransında deyib.

Nazir qeyd edib k, iki ölkə birgə böyük layihələr həyata keçirib, böyük enerji, neft-qaz layihələri, infrsatruktur layihələrində Fransa şirkətlərinin iştirakı olub, ümumilikdə sosial, iqtisadi, humanitar, mədəniyyət, təhsil, elm sahələrində qarşılıqlı əməkdaşlıq müşahidə olunub.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna 26 aprel tarixində Azərbaycana rəsmi səfərə gəlib. Fransalı nazir Azərbaycandan sonra Ermənistana və Gürcüstana gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti