...

Rumıniya Azərbaycan ilə Aİ arasında dialoqun inkişafına dəstəyini davam etdirəcək - Klaus İohannis

Siyasət Materials 25 May 2023 16:06 (UTC +04:00)
Rumıniya Azərbaycan ilə Aİ arasında dialoqun inkişafına dəstəyini davam etdirəcək - Klaus İohannis

Bakı. Trend:

Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır. Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla bağlı razılığa gəlmək baxımından çox gözəl fürsət oldu.

Trend xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

“Əminəm ki, biz həm strateji tərəfdaşlıq çərçivəsində mövcud imkanlardan yararlanmaqla, həm də enerji və nəqliyyat kimi sahələrdə regional layihələri inkişaf etdirməklə inkişaf üçün mövcud potensialı istiqamətləndirə və gücləndirə biləcəyik”, - deyə Rumıniya Prezidenti qeyd edib.

Klaus İohannis vurğulayıb ki, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti