...

Prezident İlham Əliyev: Azərbaycan regionda ən iri hava yük donanmasına malikdir

Siyasət Materials 25 May 2023 19:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan regionda ən iri hava yük donanmasına malikdir

Bakı. Trend:

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.

“Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti