Bakı. Trend:
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycan-Türkiyə əlaqələri qarşıdakı dövrdə yeni vüsət alacaq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
"Türk dünyasının böyük siyasi xadimi Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərində qələbə qazandı. Bu qələbə bütün Azərbaycan xalqını sevindirdi", - S.Qafarova deyib.