Bakı. Trend:
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq özünün "Twitter" hesabında Azərbaycan dilində paylaşım edib.
Trend xəbər verir ki, o, səmimi qarşılamaya görə Prezident İlham Əliyevə təşəkkür edib.
"Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır.
Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir", - deyə İsxak Hersoq bildirib.
Qeyd edək ki, İsrail Prezidenti İsxaq Hersoq Azərbaycanda səfərdədir.