...

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib

Siyasət Materials 3 İyun 2023 11:04 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin "Twitter" hesabında qeyd edilib.

"Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri dərindən kədərləndi. Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, Hindistan xalqının və hökumətinin kədərini bölüşürük" - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb. Qəza yerində xilasetmə işləri davam edir. Əraziyə 500-dən çox xilasedici cəlb olunub.

Hadisə ilə əlaqədar bir günlük matəm elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti