...

"Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" tədbiri Gəncədə davam edir (FOTO)

Siyasət Materials 8 İyun 2023 12:08 (UTC +04:00)
"Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" tədbiri Gəncədə davam edir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Gəncə. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Gəncə şəhərində beynəlxalq tədbir həyata keçirdi.

Trend xəbər verir ki, 8 İyun tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Gəncə şəhərinə səfəri baş tutdu. Səfər çərçivəsində üzvlər dahi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər.

Daha sonra, Gəncə Dövlət Filarmoniyasının önündə səhnələşdirilmiş Nizami Gəncəvinin Xəmsə toplusuna daxil olan poemalardan fraqmentlər qonaqlara nümayiş edildi.

Qeyri-rəsmi hissəsinin ardından qonaqlar Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında toplantı keçirildi.

Tədbirdə Mərkəzin “Nizami ili” çərçivəsində nəşr etdiyi “Qələmin Sehri- Nizami Gəncəvinin Xəmsəsində Seçmə əlyazmalar” kitabının xüsusi nüsxəsi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olundu.

Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmilər iştirak etdi. İştirakçılar arasında Mərkəzin həmsədri İsmayıl Seragəldin, Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri , Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Moldovanın sabiq baş naziri Kiril Qaburiç, Maltanın sabiq baş naziri Cozef Muskat, Bosniya və Herseqovinanın sabiq daxili işlər naziri Predraq Kurtes, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, YUNESKO-nun xoşməramlı səfiri Hedva Ser, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti (YUNESKO) Benedetto Zaççiroli, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Dünya Bankının sabiq vitse prezidenti Mats Karlson yer aldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti