Bakı. Trend:
Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasının yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bağlanış mərasimində çıxış edib.
Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclasının bağlanışı olub. İki gün davam edən tədbirin yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.
Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.
"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.
Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".
Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasının yekunları üzrə Bakı Bəyannaməsində Qoşulmama Hərəkatına üzv ölkələrin Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının layihəsi də qəbul edilib. Həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı sənəd (xatirə bəyannaməsi) qəbul edildi.