...

Şarl Mişel Prezident İlham Əliyev və Ermənistanın baş naziri ilə danışıqların bəzi detallarını açıqlayıb

Siyasət Materials 15 İyul 2023 19:38 (UTC +04:00)
Şarl Mişel Prezident İlham Əliyev və Ermənistanın baş naziri ilə danışıqların bəzi detallarını açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Brüssel. Trend:

Biz Cənubi Qafqazda vəziyyətin normallaşmasına kömək edəcək mümkün konkret addımları da müzakirə etdik.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, üçtərəfli görüş əsnasında sərhədlərin delimitasiyasi məsələsi, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvanın Azərbaycanın digər hissəsi ilə birləşdirilməsi, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərksilah edilməsi, son olaraq da qaçaqmalçılıq faktları ilə bağlı məsələlər müzakirə olunub. Qarabağ üçün nəzərdə tutulan humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perespektivi müzakirə olunub, Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan qanunları, Azərbaycan konstitutsiyası altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində yaşaması məsələləri müzakirə olunub, eyni zamanda Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi də danışılqar zamanı müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti