...

Siyasi dairələr Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində Azərbaycanın mövqeyini anlayırlar - Aydın Quliyev

Siyasət Materials 22 İyul 2023 14:39 (UTC +04:00)
Siyasi dairələr Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində Azərbaycanın mövqeyini anlayırlar - Aydın Quliyev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda Azərbaycanın mövqeyini növbəti dəfə dəqiqliklə ifadə elədi. Azərbaycan həm sülh sazişinə sadiqdir və bu istiqamətdə vacib təşəbbüslər göstərir. Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində də Prezident İlham Əliyev Azərbaycanın mövqeyini qəti şəkildə bildirdi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycanın Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının qorunmasına öz daxili məsələsi kimi baxması beynəlxalq aləmdə də özünə yer tutub.

"Dünyanın, demək olar ki, bütün siyasi dairələri bu məsələdə Azərbaycanın qəti mövqeyinin nə olduğunu anlayırlar. Haqlı olaraq Azərbaycan bu məsələni daxili işi hesba edir. Brüssel formatında keçirilən görüşlərdə də Azərbaycanın mövqeyi qəbul olunub".

A.Quliyev vurğulayıb ki, Brüssel görüşü zamanı da Qarabağ ermənilərinin Azərbaycan qanunları çərçivəsində təhlükəsiz yaşaması məsələsi müzakirə edilmişdi. Şuşadakı forumda Prezident İlham Əliyev suallara cavab verəndə səsləndirdiyi fikirlərlə növbəti dəfə Azərbaycanın mövqeyinin dəyişmədiyini və bu istiqamətdə inamla irəlilədiyini sərgilədi.

"Təssüflər olsun ki, hələ də revanşist ideyalara sahib ermənilər Azərbaycanın sülh təşəbüslərinə mane olmağa çalışırlar. İmzalanacaq sülh sazişinə müxtəlif müdaxilələr etməyə çalışırlar", - deyə A.Quliyev əlavə edib.

Qeyd edək ki, iyulun 21-də Şuşada Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev forumda çıxış edib və daha sonra forum iştirakçılarının suallarını cavablandırıb. Dövlət başçısı vurğulayıb ki, erməni azlığının hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun qorunacaq:

“Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”. Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti