...

Bu, sülh danışıqları üçün əsas məqamdır - Lavrov

Siyasət Materials 25 İyul 2023 18:41 (UTC +04:00)
Bu, sülh danışıqları üçün əsas məqamdır - Lavrov

Bakı. Trend:

Biz azərbaycanlı dostlarımızın Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək zərurətini başa düşməsini yüksək qiymətləndiririk.

Trend xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşdə deyib.

"Hesab edirik ki, bu, sülh danışıqları üçün əsas məqamdır", - deyə Lavrov əlavə edib.

Qeyd edək ki, çərşənbə axşamı Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti