...

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi dəyişib

Siyasət Materials 28 İyul 2023 12:08 (UTC +04:00)
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi dəyişib

Bakı.Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmana əsasən Komissiyanın tərkibinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəAzərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi də daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti