...

Ermənistan Ağdam-Xankəndi marşrutu üzrə humanitar yardımın çatdırılmasına mane olur - Nazir

Siyasət Materials 29 İyul 2023 14:09 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Qarabağın erməni sakinlərinə Ağdam-Xankəndi marşrutu üzrə humanitar yardımın çatdırılmasına mane olur, yük və xidmətlərin çatdırılması üçün alternativ marşrutların istifadəsinə qarşı "ictimai etirazlar" təşkil edir və özünün etnik və irqi nifrətə əsaslanan fəlakətli siyasətini həyata keçirmək üçün ağılsızcasına sakinləri istifadə edir.

Trend şənbə günü xəbər verir ki, bu, xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir.

Məktubda qeyd edilir ki, Ermənistan bununla beynəlxalq humanitar yardımın göstərilməsi məsələsində humanizm, neytrallıq, bitərəflik prinsiplərini zədələyir.

"Bu, beynəlxalq humanitar hüququn biabırçı şəkildə pozulması və Ermənistan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətinin siyasiləşdirilməsi və sui-istifadəsinin ən aşkar nümunəsidir və sübut edir ki, "blokada" iddiaları yalan və əsassızdır. Ermənistanın "qanunsuz blokada" və "humanitar böhran" üzərində spekulyasiya edərək Azərbaycanı şantaj etmək və özünün postmünaqişə dövründə münasibətlərin normallaşması üzrə səylərə mane olmaq proqramını beynəlxalq ictimaiyyətə yeritmək məqsədilə əslində beynəlxalq ictimaiyyəti, o cümlədən Təhlükəsizlik Şurasını çaşqınlığa salmaq və manipulyasiya etməklə bağlı ağılsız siyasətlə məşğul olduğundan şübhələnmək üçün yuxarıda qeyd edilənlər kifayətdir", - deyə C.Bayramov qeyd edir.

Nazir guya "Qarabağ bölgəsinin elektrik enerjisi və qazla təchizatının Azərbaycan tərəfindən qəsdən pozulması"na dair iddiaların da eyni dərəcədə əsassız olduğunu vurğulayır. Burada Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il qərarını xatırlamaq kifayətdir. Qərara əsasən, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu iddialar əsasında Azərbaycana qarşı müvəqqəti tədbir görmək tələbini faktiki olaraq rədd etmişdi.

"Ermənistanın bu cür cəhdləri 30 illik qanlı münaqişədən sonra iki ölkə arasında münasibətlərin yekun olaraq normallaşması imkanı yarandığı bir vaxtda baş verir. Son aylarda beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesi əhəmiyyətli dərəcədə aktivləşib. Danışıqlar tərəflərin fikir ayrılıqlarını azaltmaq, eləcə də sülhün bərqərar olması və dövlətlərarası əlaqələrin qurulması üzrə gələcək ikitərəfli razılaşmaların bir sıra maddələri üzrə irəliləyişə nail olmağa imkan verib", - məktubda deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti