...

Ermənistanın ekoloji normaları kobud şəkildə pozması Cənubi Qafqazda ekoloji tarazlığı pozur

Siyasət Materials 8 Avqust 2023 14:52 (UTC +04:00)
Ermənistanın ekoloji normaları kobud şəkildə pozması Cənubi Qafqazda ekoloji tarazlığı pozur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələri köhnəlmiş avadanlıqlardan istifadə edir, heç bir ekoloji norma və standartlara riayət etmirlər ki, bu da ekologiyaya ciddi ziyan vurur.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

O qeyd edib ki, Ermənistanın ekoloji normaları kobud şəkildə pozması ümumilikdə Cənubi Qafqaz regionunda ekoloji tarazlığı pozur.

“Ermənistanın dağ-mədən müəssisələri zəhərli kimyəvi tullantıları çaylara, ətraf mühitə buraxırlar ki, bu da Azərbaycanla sərhəddə də su resurslarına, ətraf mühitə böyük ziyan vurur, eyni zamanda, çaylarda yaşayan canlıları məhv edir”, - deyə o bildirib.

A.Qarayev vurğulayıb ki, Ermənistan bu zavodlardakı avadanlıqları yeniləmir və köhə avadanlıqlar ətraf mühitə daha böyük ziyan vurur.

“Heç bir müəsissənin avadanlıqları müasir texnologiyaların tələblərinə cavab vermir və bu avadanlıqlar yenilənmir. Ermənistanın bu əməli bütün region ölkələrinin, o cümlədən, Türkiyənin, Gürcüstanın da ətraf mühitinə ciddi ziyan vurur.

Ermənistan bu məsələdə beynəlxalq konvensiyaları kobud şəkildə pozmuş olur. Lakin təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın bu qanunsuz əməllərinə göz yumur. Beynəlxalq təşkilatlar hər zaman məsələyə ikili standartlarla yanaşırlar. Beynəlxalq hüquq, ədalət onları maraqlandırmır”, - deyə A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti