...

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir - MN (FOTO)

Siyasət Materials 5 Sentyabr 2023 13:00 (UTC +04:00)

Bakı. Trend:

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir:

"Təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.

Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti