...

Cənubi Qafqazda “3+3” formatından kənar ünsiyyətin qurulması vəziyyəti daha da çətinləşdirir – İranın vitse-prezidenti

Siyasət Materials 10 Sentyabr 2023 17:17 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.

Trend xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Cəmşidi özünün "X" (Twitter) səhifəsində İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışınığının detallarını açıqlayarkən qeyd edib.

M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.

Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran isə region məsələlərinin region ölkələri tərəfindən həll edilməsini istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti