...

BQXK Qərb dairələrinin sifarişlərini yerinə yetirir - Deputat

Siyasət Materials 11 Sentyabr 2023 13:53 (UTC +04:00)
BQXK Qərb dairələrinin sifarişlərini yerinə yetirir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi öz humanitar missiyasından kənara çıxaraq Qərb dairələrinin sifarişlərini yerinə yetirir. Ağdam-Xankəndi yolu ilə yüklərin bu günə qədər keçməməsi bunu bir daha sübuta yetirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidə yaşayan erməni əhali üçün apardığı yük hələ 13 gündən çoxdur ki, gözləməkdədir.

“Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir. Ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi. Lakin keçid hələ də baş tutmayıb. Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir.

Bu cür vəziyyətin yaranmasına səbəb Qarabağdakı separatçıların qeyri-konstruktiv mövqeyi ilə yanaşı, Beynəlxalq Qızı Xaç Komitəsinin təzyiqləridir. BQXK süni şəkildə avtomobillərin keçidini əngəlləyir”, - deyə deputat bildirib.

O vurğulayıb ki, BQXK Qərb dairələrinin göstərişi ilə bu cür davranır.

“BQXK humanitar təşkilatdan daha çox siyasi təzyiq alətinə çevrilib, Qərbin maraq və mənafelərini ifadə edir.

Bundan öncə də BQXK Qarabağda pozuculuq fəaliyyəti, qaçaqmalçılıqla məşğul olduğu aşkara çıxarılmışdı. Belə ki, Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Ümumiyyətlə, BQXK-nin beynəlxalq müstəvidə fəaliyyətinə nəzər salsaq, görərik ki, təşkilat fəaliyyətini elan etdiyi prinsiplərə uyğun qurmur, hətta bir sıra ölkələrdə mənimsəmə, korrupsiya hallarına yol verilir, humanitar yardımların satılması kimi neqativ hallar baş verir”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, bu cür hərəkətlərə yol verən təşkilatdan humanitar missiya yerinə yetirəcəyini gözləmək olmaz.

“Hesab edirəm ki, BQXK-nin Qarabağda fəaliyyətinə heç bir ehtiyac yoxdur. Çünki bu təşkilat humanitar missiyasndan kənara çıxaraq, pozuculuq fəaliyyəti ilə məşğul olur”, - deyə A.Həsənova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti