Bakı.Trend:
Biz ölkəmizin bir gün ərzində apardığı anti-terror əməliyyatı nəticəsində öz məqsədinə çatmasının şahidi olduq.
Bunu Trend-ə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O bildirib ki, bu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasətinin və ordumuzun şücaətinin nəticəsidir.
"Bir müddətə əvvələ qədər Azərbaycana təslim olmayacağını, reinteqrasiya etməyəcəyini, hərbi birləşmələrin hər zaman onları qorumaq üçün bölgədə olacaqlarını bildirən separatçılar və onların keçmiş və indiki liderləri bugünki gündə Ermənistan dövləti bir daha dəmir yumruq yeyərək təslim olmaq məcburiyyətində qaldı”, - deyə o, əlavə edib.
Politoloq həmçinin bildirib ki, bu reallığı ərsəyə gətirmək heç də asan olmadı.
“Buna qədər Azərbaycan separatçılarla görüş təklif etmişdi. Lakin separatçılar görüşdən qaçırdı. Azərbaycan bəyan edirdi ki, terrorçu qruplar təxribatlar törədir, atəşkəsi pozur. Amma buna dünya birliyi susurdu. Hətta beynəlxalq miqyasda Azərbaycana qarşı kampaniyalara aparılır hansısa məsələlərdə günahlandırırdılar. Ermənistan özünə yaxın dövlətlərlə ölkəmizə qarşı çirkin planalar hazırlayırdı. Xilasetmə naminə azadolma prinsipindən istifadə etməli idilər. Ayrı-ayrı geosiyasi beynəlxalq və regional oyunçuların regionla bağlı planları var idi. Lakin rəsmi Bakının apardığı siyasət nəticəsində bütün bu planları alt-üst etdi. Bununla da Azərbaycan sübut etdi ki, hesablaşmaq lazımdır. Ölkəmiz suverenlik, ərazi bütövlüyü məsələsində heç kəsə güzəştə getmək fikiri yoxdur.
Nikol Paşinyan iddia edirdi ki, Ermənistan ordusunun nümayəndələri Qarabağda yoxdur. Ancaq bugünki bəyənatda göstərilir ki, bu ölkənin ordusu Qarabağda idi. Bu, Paşinyan üçün çox utancverici bəyanat kimi yadda qalacaq”,- deyə Z. Məmmədov vurğulayıb.