Bakı. Trend:
Azərbaycan dövləti başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla növbəti dəfə çox böyük tarixi uğur qazandı. Qüdrəli ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində cəmi bir günə Qarabağdakı terrorçu silahlılar təslim edildi. Əlbəttə ki, hər birimiz bu qələbə ilə qürur duyuruq.
Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində keçmiş hərbi hissə komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Polkovnik qeyd edib ki, ordumuz yüksək peşəkarlıq göstərib:
Biz bir daha ordumuzun gücünü, peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirdik. Ancaq hərbi obyektlər sıradan çıxarıldı. Heç bir mülki şəxs, dinc insana zərər verilmədi.
Ş.Ramaldanov vurğulayıb ki, son saatlarda terrorçular geri çəkilərək dinc insanların yaşadığı ərazilərə sığınmaq istəyirdi. Amma görünür dinc sakinlər onlara dəstək olmadığı üçün terrorçuların başqa çıxış yolu qalmadı. Qanunsuz erməni silahlı dəstələri silahı yerə qoymağa, ağ bayraq qaldırmağa məcbur oldu.
Videomüsahibənin tam variantını təqdim edirik.