...

Makronun BMT Təhlükəsizlik Şurasında növbəti iflası: Ermənistanın iddiaları gündəmdən çıxarılıb

Siyasət Materials 22 Sentyabr 2023 01:56 (UTC +04:00)
Makronun BMT Təhlükəsizlik Şurasında növbəti iflası: Ermənistanın iddiaları gündəmdən çıxarılıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclas yenicə başa çatıb. Maraqlıdır ki, görüşün təşəbbüskarı növbəti dəfə Ermənistanın Qərbdə əsas dəstəkçisi olan Fransa olub.

Amma Ermənistanın ənənəvi müttəfiqi olan Fransa belə bu işdə “faydalı” ola bilməzdi. Və Fransa xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasının iclasında sırf ermenipərəst çıxışına baxmayaraq, Fransa tərəfi məqsədinə nail ola bilmədi.

Fransa, xüsusən də prezident Emmanuel Makronun simasında Ermənistanla “qardaşlıq əlaqələrinə” baxmayaraq, müttəfiqlərinə kömək etmədi. Və bu ilk dəfə deyil. Belə ki, bu ilin avqustunda Ermənistan Qarabağın erməni sakinlərinin guya “blokadaya alınması” məsələsinə BMT-nin iclasında baxılmasına cəhd edib. Bundan əlavə, 2022-ci ilin dekabrında Fransa “Laçın dəhlizi” adlandırılan məsələni gündəmə gətirməyə cəhd etdi.

Bugünkü iclasda Fransa yenidən qondarma “blokada” mövzusunu gündəmə gətirib. Lakin bu cəhdlərin heç biri uğurlu alınmadı. İclasda aparılan müzakirələr göstərdi ki, Ermənistanın qaldırdığı məsələlər Təhlükəsizlik Şurasının formatına uyğun gəlmir, orada yersizdir. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanla Makron arasında çoxsaylı telefon danışıqları heç bir şəkildə vəziyyətin gedişatını dəyişməyib. Bu məsələlər BMT Təhlükəsizlik Şurasına müraciət etmədən yerli, birbaşa konkret kontekstdə və ikitərəfli danışıqlar yolu ilə həll edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti