Bakı. Trend:
İşğaldan azad edilən ərazilərdə 1 milyondan çox mina basdırılıb.
Trend xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Məskunlaşma günü” ilə bağlı forumda çıxışı zamanı deyib.
“30 il ərzində o torpaqlarda bir ağac, ev salamat qalmayıb. Azərbaycanda biz xüsusi 3 hissədən ibarət koordinasiya yaratmışıq. Bu istiqamətlər müəyyən hədəfləri, strategiyaları müəyyənləşdirirlər. Həmin koordinasiya qurumlar, ekspertlər, 11 işçi qrupu arasında birgə fəaliyyəti tənzimləyir. Digər məsələ isə xüsusi nümayəndələrdir. Onlar yerli ərazilərdə təklif edilənlərin orada reallığını nəzərdən keçirməli, təhlillər aparmalıdır”, - deyə E.Hüseynob vurğulayıb.