Bakı. Trend:
Bu gün dünyanın hər yerində Türkiyənin diplomatik missiyası fəaliyyət göstərir.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı “500 illik uğurlu siyasət: Keçmişdən bu günə Türkiyə Xarici İşlər Təşkilatı” adlı tədbirdə deyib.
O qeyd edib ki, Türkiyə xarici syasətə böyük üstünlük verir.
“Bizim dünyanın hər bir nöqtəsində səfirliklərimiz, diplomatik korpuslarımız faliyyət göstərir. Azərbaycan və Türkiyə xarici siyasət məsələlərində də yaxndan əməkdaşlıq edir. Türkiyənin iştirak etmədiyi görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, burada Türkiyə yoxdursa, biz varıq. İndi də biz Azərbaycanın olmadığı yerdə biz varıq deyirik”, - deyə səfir əlavə edib.