...

Bu quruma rəhbərin seçilməsi qaydası dəyişə bilər

Siyasət Materials 23 Oktyabr 2023 12:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin seçilməsi qaydaları müzakirə edilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri qeyd edib ki, qanunvericilikdə Rəyasət Heyətinin sədrinin açıq səsvermə yolu ilə seçilməsi təklif edilir.

O qeyd edib ki, açıq səsvermə yolu ilə keçirilməsi müəyyən dərəcədə konfliktlərə, bir çox hallarda təzyiqlərə, səsvermənin gedişinə mane olan halların ortaya çıxmasına səbəb ola bilər.

“Təklifimiz ondan ibarətdir ki, səsvermə qapalı olmalıdır. Təklif etdik ki, qanunvericilikdə açıq səsvermə ifadəsinin qarşısından “açıq” sözü çıxarılsın. Onun açıq və ya qapalı olacağını isə gələcəkdə müvafiq icra hakimiyyəti orqanı müəyyən edə bilər”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti