...

Avropa Şurasının baş katibi Əli Nağıyevə təşəkkür etdi (FOTO)

Siyasət Materials 30 Oktyabr 2023 16:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Şurasının baş katibi Mariya Buriç Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə təşəkkür edib.

Trend xəbər verir ki, Buriç bu barədə “X” hesabında yazıb.

“Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Orqan alverinə qarşı Konvensiyanı imzalamasına görə cənab Əli Nağı oğlu Nağıyevə təşəkkür edirik”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Avropa Şurasının Orqan alverinə qarşı Konvensiyası hökumətləri canlı və ya ölmüş donorlardan insan orqanlarının qanunsuz çıxarılmasını cinayət kimi müəyyən etməyə çağırır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti