...

Çox sevindiricidir ki, türk dövlətləri ətraf mühitin qorunmasına diqqət yetirirlər - Alessandra Rokkasalvo

Siyasət Materials 15 Noyabr 2023 11:33 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk ölkələri arasında iqlim dəyişikliyinə uyğunlaşma və meteoroloji strategiyalar üzrə beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi regionda iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmada mühüm rol oynayır.

Trend xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramınım Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Türk Dünyası II Meteorologiya Forumuna ünvanlandığı videomesajda deyib.

“Çox sevindirici və vacibdir ki, türk dövlətləri iqtisadi, mədəni və sosial məsələlərlə yanaşı, ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə diqqət yetirirlər. Bu, dövlətlərin insanlarının bu gün, sabah və gələcəkdə sahib olacağı həyat keyfiyyəti ilə bağlıdır”, - deyə o əlavə edib.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilib.

Xəbər lenti

Xəbər lenti