...

Əsrlər boyu bu cinayətlər Afrikanı öz sərvətlərindən uzaqlaşdırıb - Afrikalı sədr

Siyasət Materials 21 Noyabr 2023 11:59 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qadınların səlahiyyətləndirilməlisi müxtəlif rejimlərdə olub.

Trend xəbər verir ki, bunu Afrika intibah Forumunun sədri Souleymane Ndiaye "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, qadın cəmiyyətin dayağıdır.

“Qadın sayəsində adət-ənənələrimiz gələcək nəsillərə ötürülür. Onlara səlahiyyətlərin verilməsi cəmiyyətin inkişafının əsasıdır. Müstəmləkə və quldarlıq kimi iyrənc cinayətlər olub. Əsrlər boyu bu cinayətlər Afrikanı öz sərvətlərindən uzaqlaşdırıb. Əsrlər boyu davam edən işgəncələrdən qadınlar çox əziyyət çəkib. Bizim ölkəmiz Seneqalda qadınlar Fransanın ölkəmizdə olmasına qarşı mübarizə aparıb. Öz həyatlarını, canını ölkəsi üçün fəda edən qadınlarımızı fəxrlə xatırlayırıq”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Xəbər lenti

Xəbər lenti